ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən günlərdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəranda avtomatı 10 saniyədə sökən şagirdlə görüşüb.
Ölkə.Az-ın məlumatına görə, buna münasibət bildirən Vətən müharibəsi iştirakçısı olan tarix müəllimi Emin Mövsümov bildirib ki, avtomatı tez söküb-yığmaq artıq əsas deyil, bu, sadəcə bazadır. Onun sözlərinə görə, təməl baza ilə yanaşı, bu bacarıqlar da şagirdlərə öyrədilməlidir.
"Müasir müharibənin qəhrəmanı isə görünməyəndir. dronların hökm sürdüyü müasir müharibədə qaydalar dəyişib", - deyən E.Mövsümov qeyd edib ki, əvvəl kim daha yaxşı atırdısa, o qalib gəlirdi.
"İndi kim daha az görünürsə, o sağ qalır. Ən vacib bacarıqlar budur: gizlənmək və maskalanmaq, elektron iz (rabitə vasitələri) buraxmamaq, kiçik qruplarla hərəkət etmək, sakit qalmaq və həyacanı (öz təcrübəmdən deyə bilərəm ki, bu həyatın hər anında insana lazım olanıdır) kontrol etmək səbirli və səssiz olmaq", - deyə Vətən müharibəsi iştirakçısı vurğulayıb.
Xatırladaq ki, Emin Mövsümov 2002-ci ildə Cəlilabad rayonunda N saylı hərbi hissədə xidmətə başlayıb. Xidmət müddəti başa çatdıqdan sonra təlimlərə davam edərək leytenant rütbəsinə yiyələnib. O, 2020-ci ilin sentyabrından başlanan 44 günlük Vətən müharibəsinin iştirakçısı olan E.Mövsümov ölkə başçısının Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.