Bakı. Trend:
Aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamandabölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncıxəbərdarlıq verilib.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, o cümlədənölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraqşimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkiledəcək.
Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isənarıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyinsürəti 20.8-28.4 m/san-dək güclənəcək.