RU

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI AÇIQLANDI

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Cari ilin mart ayı ərzində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ümumilikdə 18 269 887 sərnişin daşınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, sərnişin axını keçən ilin müvafiq dövrünə nisbətən 1.1 faiz artım nümayiş etdirib.

Martın 6-sı ötən ay üzrə ən yüksək sərnişin sıxlığının qeydə alındığı gün olub və həmin tarixdə 796 734 nəfər metrodan istifadə edib.

Novruz bayramı tətillərində şəhərin mərkəzinə doğru hərəkət edənlərin sayı xeyli çoxalıb. Martın 21-22-də metronun ən sıx stansiyası "Sahil" olaraq qeydə alınıb və buraya gündəlik göstəricilərdən 51% çox sərnişin daxil olub.

Eyni zamanda, yeraltı nəqliyyatda rəqəmsallaşma prosesi genişlənir. Hazırda hər üç sərnişindən biri gediş haqqını NFC texnologiyası vasitəsilə ödəyir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
4
avtosfer.az

10Источники