RU

Üçüncü mərtəbədən yıxılan yeniyetmə 3 gün sonra öldü

Sumqayıtda 16 yaşlı yeniyetmə yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 

"Unikal" xəbər verir ki, hadisə şəhərin 3-cü məhəlləsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 2010-cu il təvəllüdlü İsayeva Fəxriyyə Emin qızı binanın 3-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılıb.

O, bir müddət öncə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, hadisədən üç gün sonra xəstəxanada vəfat edib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Избранный
42
37
unikal.az

10Источники