RU

"Liverpul" sabiq futbolçusunu qaytarmaq istəyir

Bakı. Trend:

"Fulhem"in futbolçusu Harri Uilson Premyer Liqada klubunu dəyişəbilər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Liverpul" uelsli vingeri heyətinəqatmaq istəyir.

Uilsonun klubu ilə müqaviləsi yayda başa çatır. Bunu nəzərə alan"qırmızılar" mövsümün sonunda azad agent statusunda olacaq 29 yaşlıoyunçu ilə danışıqlara başlamağı planlaşdırır.

Təcrübəli futbolçu ilə "Tottenhem" də yaxından maraqlanır.

Qeyd edək ki, Harri Uilson "Liverpul"un yetirməsidir. Uelsmillisinin üzvü 2021-ci ilin yayında Mersisayd təmsilçisindən 14milyon avro qarşılığında "Fulhem"ə keçib. O, cari mövsümdə Londonklubunun heyətində meydana çıxdığı 34 rəsmi matçda 11 qol və 7məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Избранный
29
2
az.trend.az

2Источники