RU

Həftə sonu küləkli keçəcək

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Milli Hidrometeorologiya Xidməti aprelin 4-6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
33
unikal.az

10Источники