RU

SON DƏQİQƏ! ABŞ xüsusi təyinatlıları İrana daxil oldu

ABŞ ordusunun xüsusi təyinatlı dəstələri itkin düşmüş hərbçilərini tapmaq məqsədilə İran ərazisində gizli axtarış-xilasetmə əməliyyatı həyata keçirib. “The Telegraph” nəşrinin yaydığı məlumata görə, əməliyyat vurulmuş Amerika qırıcısının pilotlarının xilas edilməsinə yönəlib.

NOCOMMENT.az xəbər verir ki, qırıcının qəzaya uğraması nəticəsində iki ekipaj üzvü katapult edərək sağ qalmağı bacarıb. Bundan sonra İran hərbçiləri ilə ABŞ xüsusi təyinatlıları arasında amerikalı pilotları ilk tapmaq üçün gərgin “zaman yarışı” başlayıb.

Həyata keçirilən riskli əməliyyat nəticəsində pilotlardan biri ABŞ hərbçiləri tərəfindən tapılaraq İran ərazisindən təhlükəsiz şəkildə çıxarılıb. Digər ekipaj üzvünün taleyi və əməliyyatın detalları barədə hələlik əlavə məlumat verilmir. Hazırda bölgədə vəziyyətin olduqca gərgin olduğu bildirilir.

Sara,
NOCOMMENT.az

Избранный
41
nocomment.az

1Источники