RU

Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib

Mia.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər bəzi hallarda ictimaiyyətdə yanlış şərh edilib.

Mia.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi vergi yükünün artırılması deyil, onun optimallaşdırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır: "Muzdlu gəlirlər üzrə tətbiq edilən yeni yanaşma daha yumşaq və mərhələli vergi rejiminin formalaşdırılmasına xidmət edir. Eyni zamanda kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb. Bu gəlirlər əvvəllər də vergiyə cəlb olunurdu və tətbiq edilən dərəcə 14 % idi. Yeni dəyişikliklərlə isə bu göstərici 10 %-ə endirilib. Məqsəd kirayə bazarında vergi yükünü azaltmaqla leqallaşmanı təşviq etməkdir".

N. İmanov vergi nəzarəti ilə bağlı üfüqi monitorinq mexanizminin də mahiyyətini izah edib: "Bu mexanizm yeni yoxlama forması deyil və könüllülük prinsipi əsasında tətbiq edilir. Üfüqi monitorinqə qoşulan vergi ödəyicilərinin riskləri sığortalanır və həmin dövr üzrə səyyar vergi yoxlaması aparılmır. Bu yanaşmalar vergi orqanları ilə biznes subyektləri arasında etimadın gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edir"(report).

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
43
mia.az

10Источники