RU

Azərbaycan banklarının xalis xarici aktivləri 7 faiz azalıb

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu ilin martın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 516,7 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 % az, ilin əvvəli ilə müqayisədə 2,6 % çox, 2025-ci il martın 1-nə nisbətən isə 7,1 % azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 22 milyard 599,3 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 4,9 % çox, ilin əvvəli ilə müqayisədə 5,9 % az, ötən il martın 1-nə nisbətən isə 24,6 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 57 milyard 132,8 milyon manat olan 22 bank fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
54
19
525.az

10Источники