RU

Rusiya Ukraynada Nikopol şəhərindəki bazara zərbə endirib: 5 ölü, 19 yaralı var

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərindəki bazara zərbələr endirib, nəticədə 5 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanji bildirib.

Məlumata görə, Rusiya qoşunları FPV-dronlarından istifadə edib. Yanğın baş verib. Ticarət pavilyonları və mağaza dağıdılıb.

"Üçü qadın və ikisi kişi olmaqla beş nəfər həlak olub. Daha 19 nəfər yaralanıb, onların arasında 14 yaşlı qız da var. Uşaq xəstəxanadadır, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər", - məlumatda bildirilib.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.

Избранный
11
29
far.az

10Источники