RU

Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb

Aprelin 4-də Gəncədə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

“İki sahil” xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.  Turnirin ilk günündə oğlanlar -50 kq, -55 kq, -60 kq, -66 kq; qızlar -40 kq, -44 kq, -48 kq və -52 kq çəki dərəcələrində mübarizə aparır.

Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. Analoji yarışa dördüncü dəfə ev sahibliyi edən Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur.

Избранный
5
6
ikisahil.az

4Источники