ain.az bildirir, Sitat.info saytına əsaslanaraq.
ABŞ-ın iki hərbi təyyarəsinin vurulduğu iddia olunur
ABŞ və İran mediası dünən ABŞ-a məxsus iki hərbi təyyarənin vurulduğunu xəbər verib.
Sitat.info TRThaber-ə istinadən xəbər verir ki, İran ordusu səhər saatlarında ikinci döyüş təyyarəsinin də vurulduğunu açıqlayıb və qəzaya aid görüntülər yayımlayıb. Daha sonra ABŞ mediası F-15 tipli təyyarənin vurulduğunu, pilotlardan birinin xilas olduğunu, digəri üçün isə axtarış-xilasetmə işlərinin davam etdiyini yazıb.
Xəbərlərə görə, eyni vaxtda Hörmüz boğazı yaxınlığında daha bir ABŞ təyyarəsi – A-10 da vurulub. Onun pilotunun təyyarəni Küveyt hava məkanına yönləndirərək paraşütlə xilas olduğu bildirilir.
Məlumatlara əsasən, bu hadisə ABŞ-ın son 23 ildə döyüş şəraitində verdiyi ilk təyyarə itkisidir. Bununla da ABŞ-ın İranla bağlı əməliyyatlar zamanı itirdiyi təyyarələrin sayı 7-yə çatıb.
Aytac,
Sitat.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.