RU

Rusiya Ukraynada bazarı vurdu: Ölənlər var

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərindəki bazara zərbələr endirib, nəticədə 5 nəfər ölüb, 19 nəfər isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanji bildirib.

Məlumata görə, Rusiya qoşunları FPV-dronlarından istifadə edib. Yanğın baş verib. Ticarət pavilyonları və mağaza dağıdılıb.

"Üçü qadın və ikisi kişi olmaqla beş nəfər həlak olub. Daha 19 nəfər yaralanıb, onların arasında 14 yaşlı qız da var. Uşaq xəstəxanadadır, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər", - məlumatda bildirilib.

"Cebheinfo.az"

Избранный
6
8
cebheinfo.az

10Источники