RU

ABŞ və İsrail İranı yenidən bombardman edir

ABŞ və İsrail İranın cənub-qərbində yerləşən Xuzestan əyalətinin Mahşəhr limanındakı neft-kimya müəssisələrinə zərbələr endirib.

"Cebheinfo.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xuzestan əyalətinin qubernator müavini məlumat yayıb.

Hücumlar nəticəsində azı 5 nəfərin yaralandığı bildirilir. 

Bundan başqa, İsrail Tehranda hava hücumundan müdafiə sistemləri və zenit raketlərinin saxlandığı anbarı hədəf alıb. Şəhərdə ballistik raketlərin saxlandığı obyektin, həmçinin silahların işlənib hazırlanması və istehsalı ilə bağlı bir neçə müəssisənin vurulduğu bildirilir. 

"Cebheinfo.az"

Избранный
16
4
cebheinfo.az

10Источники