RU

Tramp bu addımı atmaq üçün 152 milyon dollar istəyir

ABŞ prezidenti Donald Tramp 2027-ci maliyyə ili üçün təklif etdiyi büdcə çərçivəsində Alkatraz həbsxanasının yenidən açılması üçün 152 milyon dollar istəyib.

Turkustan.az xəbər verir ki, bu barədə BBC Ukrinform agentliyinə istinadən məlumat yayıb .

Büdcə tələbində "Alcatrazı ultra-müasir, yüksək təhlükəsizlikli həbsxanaya çevirmək" üçün vəsait ayrılması və vəsaitin birinci ilin xərclərinin ödənilməsi tələb olunur.

Sorğunun hələ də ABŞ Konqresi tərəfindən təsdiqlənməsi lazımdır.

Bu plan bir sıra Kaliforniya siyasətçilərində şübhə doğurub və onlar layihənin son dəyəri və Alkatrazın işlək həbsxana kimi saxlanılmasında yaranan çətinliklər barədə suallar qaldırıblar.

Maksimum təhlükəsizlik həbsxanası 1963-cü ildə bağlanıb. Turistik məkan kimi, hazırda Milli Park Xidməti tərəfindən idarə olunur.

Trampın planına qarşı əvvəllər edilən tənqidlər adada axar su və kanalizasiya çatışmazlığı, eləcə də bütün təchizatın qayıqla çatdırılması ilə bağlı idi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
27
8
turkustan.az

9Источники