RU

Kadi Borqes yubiley qolunu qeyd etdi

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kadi Borqes “Qarabağ”ın heyətində 40-cı qolunu vurub.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah”la qarşılaşmasında (2:2) dubl müəllifi olub.

O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını “40”a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi “Qarabağ”ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borqes “Qarabağ”da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
9
icma.az

10Источники