RU

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinin bir hissəsi TAMAMİLƏ MƏHV OLUB

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi İranın martın 3-də endirdiyi aviazərbələr nəticəsində ciddi zərər görüb və binanın bəzi hissələri təmir olunmayacaq vəziyyətdədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
 
Qeyd edilib ki, səfirliyə zərbə endirmək üçün iki drondan istifadə edilib. Nəticədə səfirliyin Mərkəzi Kəşfiyyat İdarəsinin ofisi də daxil olmaqla üç mərtəbə zərər görüb. Nəşr qeyd edir ki, hücumdan sonra yanğının söndürülməsinə yarım gün vaxt sərf olunub. Hazırda binanın bəzi hissələri təmir olunmayacaq vəziyyətdədir.
 
Rəsmilər qəzetə bildiriblər ki, hücum gecə, qeyri-iş saatında baş verib, əks halda hadisə çoxlu sayda insan itkisinə səbəb olardı.
Избранный
16
31
moderator.az

10Источники