RU

Azərbaycanda bir sıra kəndlərin su şəbəkəsi yenilənəcək

Bakı. Trend:

Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatışəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Trend xəbərverir ki, artıq bununla bağlı Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidmətihazırlıqlara başlayıb.

Məlumata əsasən, layihə-smeta sənədləri hazırlanacaq sutəchizatı şəbəkələri Masallı, Ağstafa, Göyçay, Hacıqabul, Saatlı,Şamaxı, Tovuz, Naftalan, Xızı, Bərdə, Şabran, Siyəzən, Tərtər,Ağstafa, Hacıqabul, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik,Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələriniəhatə edəcək.

Belə ki, siyahıya Masallının Şərəfə, Ağstafanın Köçvəlili,Göyçayın Müskürlü və II Ərəbcəbirli, Hacıqabulun Muğan, SaatlınınBəylər və Mollavazılı, Potubəyli, Əlisoltanlı, ŞamaxınınMərzəndiyyə, Tovuzun Düzcırdaxan və Cəlilli, Naftalanın Qasımbəyli,Xızının Fındığan, Bərdənin Güloğlular, Şabranın Sincanboyad,Siyəzənin Tuğay, Tərtərin Poladlı əraziləri daxil edilib.

Eyni zamanda Ağstafanın Yenigün, Hacıqabulun I Udulu, Qubalı vəII Udulu, l Paşalı və Şorbaçı, ll Paşalı, Tağlı, İmişlinin Məzrəli,Yevlaxın Salahlı, Ucarın Alpoud, Sabirabadın Cavad, Füzulinin ArazDilağarda və Qarabağ, Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyə,Göygölün Mollacəlil, İsmayıllının Qəzli ərazilərinin də sutəchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Layihə-smeta sənədlərinin hazırlanmasına ümumilikdə 1,242 milyonmanat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Избранный
4
6
az.trend.az

10Источники