Ölkə kubokunun 1/2 final mərhələsinin ilk oyunları meydana çıxan 4 komandadan üçünün 2 qol vurması ilə yadda qalıb.
"Football-plus.az" xəbər verir ki, “Qarabağ” – “Sabah” qarşılaşmasında (2:2) hər iki komanda, “Turan Tovuz” – “Ziirə” matçında (0:2) qonaqlar iki dəfə fərqlənib.
Ölkə kuboku tarixində 3-cü dəfə yarımfinalın ilk oyunlarında ən azı 3 komanda 2 və ya daha çox qol vurub. Belə məhsuldarlığa sonuncu dəfə 18 il əvvəl təsadüf olunub. 2007/08 mövsümündə “Qəbələ” – “Xəzər-Lənkəran” (1:3) və “Neftçi”- “İnter” (2:2) cütlərində yalnız bir komanda 2-dən az qol vurub.
1994/95 mövsümündə də oxşar hadisə yaşanıb. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında üç komanda məhsuldarlıq göstərib.
Ümumilikdə isə 2 görüşdə 6 qol vurulub və orta məhsuldarlıq 3,00-ə bərabər olub. 1/2 finalın ilk oyunlarında ölkə kuboku tarixində 9-cu dəfə bu rəqəm 3 və ya daha yüksək olub.
Mütləq rekord 1994/95 mövsümünə məxsusdu. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında 9 qol vurulub və orta göstərici 4,50 olub. 2007/08 və 2008/09 mövsümlərində 8, 2023/24 mövsümündə 7 qol qeydə alınıb. 1997/98, 2015/16, 2016/17 və 2022/23 mövsümlərində isə indiki kimi ilk oyunlar 6 qolla yekunlaşıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта