Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Əgər Rusiya qaz və digər məsələlərlə bağlı qərar qəbul edərsə, Ermənistan həm KTMT-dən, həm də AİB-dən çıxacaq.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.
"Lakin düşünmürəm ki, bu səviyyəyə gəlib çıxacağıq", - deyə Simonyan vurğulayıb.
Qeyd edək ki, daha öncə Nikol Paşinyan da dəfələrlə Ermənistanın KTMT-dən çıxması perspektivini istisna etməyib. Lakin AİB-in Ermənistan üçün vacib olduğunu deyib.
Bu arada, Paşinyan öz partiyasının seçki siyahısını dərc edib. Siyahıya o özü başçılıq edir. İkinci yerdə Xarici işlər naziri Ararat Mirzoyan qərarlaşıb. Simonyan siyahıda 14-cü yerdədir.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.