RU

Azərbaycanda manatla geniş pul kütləsi 10 % dən çox artıb

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu il martın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 49 milyard 116,1 milyon manat təşkil edib.

SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 % çox, ilin əvvəli ilə müqayisədə 1,5 % az, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 39 milyard 190,7 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,3 % çox, ilin əvvəli ilə müqayisədə 3 % az, ötən ilin eyni dövrünə nisbətən 10,6 % çoxdur.

Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 30 milyard 769,3 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3 % çox, ilin əvvəli ilə müqayisədə 4,4 % az, ötən ilin eyni dövrünə nisbətən 9,3 % çoxdur.

Martın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 859 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,5 % az, ötən ilin eyni dövrünə nisbətən 14,8 % çoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
3
sia.az

5Источники