Bakı. Trend:
Novruz bayramından indiyəcən Biləsuvarda 26 nəfəri itdişləyib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Biləsuvar RayonMərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, 20 mart - 3 aprel 2026-cı il tarixləri ərzindəBiləsuvar Rayon Mərkəzi Xəstəxanasına it dişəlməsi səbəbilə 26müraciət daxil olub.
"Onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub.Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksintətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb", - məlumatdaqeyd edilib.