RU

İran ABŞ-nin mövqelərini atəşə tutub – SEPAH

BAKI,TurkicWorld

ABŞ ordusunun Küveytin Bubian adasındakı "Himars" sistemi və Bəhreynin şimalındakı "Patriot" sistemi atəşə tutulub.

TurkicWorld-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) açıqlama yayıb.

Bildirilib ki, bu gün səhərdən etibarən "Doğru Vəd 4" əməliyyatının 95-ci mərhələsində eyni zamanda ABŞ ordusunun BƏƏ-dəki toplaşdığı məkanlar və ABŞ-nin BƏƏ-dəki Oracle süni intellekt texnologiya şirkəti atəşə tutulub.

SEPAH-ın məlumatına görə, Bəhreynin Xəlifə Bin Salman limanında üçüncü ölkənin bayrağı altında üzən və İsrailin mülkiyyətində olan "MCS ISHIKA" gəmisi atəşə tutulub. Həmçinin İsraildə bir sıra məkanlar çoxbaşlıqlı raketlərlə atəşə tutulub.

SEPAH hücumların davam etdiyini bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Избранный
11
16
turkic.world

10Источники