RU

Hərbi hava hücumları nəticəsində İranda 24 tibb işçisi ölüb

Bakı. Trend:

28 fevraldan bəri ABŞ və İsrailin İrana qarşı hərbi havahücumları fonunda indiyədək 24 tibb işçisi ölüb, 116 əməkdaş isəyaralanıb.

Trend bu barədəİranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən xəbərverir.

Məlumata əsasən, qeyd olunan müddətdə 41 təcili yardım maşınına,54 təcili yardım mərkəzinə, 45 müalicə mərkəzinə və 216 tibbməntəqəsinə ziyan dəyib.

Nazirlik bildirib ki, sözügedən müddətdə 18 yaşdan aşağı 216gənc, o cümlədən 5 yaşdan aşağı 17 uşaq ölüb. Həmçinin 251 qadınölüb, 4,7 min qadın yaralanıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Избранный
16
10
az.trend.az

10Источники