Rusiya Silahlı Qüvvələri şənbə günü, aprelin 4-ü yerli vaxtla saat 09:50 radələrində Nikopol şəhərindəki bazara pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Rəsmi məlumatda bildirilir ki, hücum nəticəsində dinc sakinlər hədəf alınıb:
"Hadisə zamanı 5 nəfər həlak olub, aralarında 14 yaşlı qızın da olduğu 21 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan əlavə, Rusiyanın sözügedən mülki obyektə endirdiyi təkrar zərbə nəticəsində daha iki kişi yaralanıb".
Faktla bağlı araşdırmalar davam etdirilir.
Musavat.com

