RU

Ərdoğan Mark Rutte ilə NATO-nu maraqlandıran məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Danışıqlar zamanı regional və qlobal məsələlər, NATO-nu maraqlandıran mövzular müzakirə olunub.

Ərdoğan İrana qarşı müdaxilə ilə başlayan prosesin geostrateji çıxılmaz vəziyyətə sürükləndiyini, beynəlxalq ictimaiyyətin bu müharibəni dayandırmaq üçün səylərini artırmalı olduğunu qeyd edib.

O, NATO-nun Türkiyənin hava hücumundan müdafiəsinə verdiyi dəstəyə diqqət çəkib, bu prosesdə nümayiş olunan həmrəyliyin Alyansın çəkindirici gücünü bir daha ortaya qoyduğunu bildirib.

Türkiyə Prezidenti Ukrayna–Rusiya müharibəsinin sülhlə başa çatdırılması istiqamətində səylərin davam etdirildiyini ifadə edib.

Ərdoğan cari ilin 7–8 iyul tarixlərində keçiriləcək NATO Ankara Zirvəsində Alyansın gələcək sınaqlara qarşı daha da gücləndirilməsi istiqamətində addımların atılacağını vurğulayıb.

Избранный
5
50
far.az

10Источники