RU

Tanınmış vəkil “sillə vuran” futbolçu ilə bağlı “Sportinfo”ya danışdı - VİDEO

“Enil Səfərovun rəqib futbolçuya qarşı etdiyi hərəkəti hakim qırmızı vərəqə kimi dəyərləndirmədi.

Lakin bu, oyunçunun sanksiya ilə üzləşməyəcəyi anlamına gəlməməlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında vəkil Elcan Həsənli deyib.

Martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “FİFA Series-2026” turniri çərçivəsində baş tutan Azərbaycan – Syerra-Leone matçının gedişində Emil Səfərovun rəqib həmkarı Amadu Bakayokoya sillə vurması gündəm mövzusuna çevrildi.

Özbəkistanlı referi çox güman yarımmüdafiəçinin əməlini görmədi. Oyunda VAR sistemi olmadığından, həmin an epizodun təkrarına baxmaq da mümkün olmadı.

Futbol sahəsində mübahisəli məsələlərin həlli ilə məşğul olan Həsənli Azərbaycan millisinin üzvünün ciddi sanksiyaya məruz qalmaq ehtimalını bildirib:

“Futbolçu qırmızı vərəqə almayıbsa, yaxud məlum hərəkət sonradan protokolda qeyd olunmayıbsa, belə vəziyyətdə digər mexnizm işə düşür.

Mümkündür ki, FİFA-nın İntizam Komitəsi sonradan əldə olunan materiala baxıb olayla bağlı qərar versin. Yaxud, Syerra-Leone Futbol Assosiasiyası FİFA-ya müraciət edib futbolçumuzun cəzalanmasına nail olsun.

Yəni hakimin epizodu görməməsi, yaxud Emil Səfərova qırmızı vərəqə göstərməməsi futbolçunun məsuliyyətdən yayına biləcəyi anlamına gəlmir. Dünya futbolunda sırf bu məsələ ilə bağlı kifayət qədər nümunələr var”.

Azərbaycan yığması ilk oyunda Sent-Lüsiyanı 6:1, ikinci matçda Syerra-Leoneni penaltilər hesabına məğlub edərək (9:8) “FİFA Series-2026” turnirinin qalibi adını qazanıb.

HƏBİB

Избранный
17
50
sportinfo.az

10Источники