
ABŞ Prezidenti Donald Tramp İrana saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.
"İrana saziş bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt verdiyimi xatırlayırsınız? Vaxt bitmək üzrədir: onlara əsl cəhənnəm yaşatmaq üçün 48 saat qalıb", - Amerika lideri bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.