RU

Hücumçu, qırıcı, bombardmançı: Təyyarələrin fərqi nədir?

Əvvəla, onlarındöyüş tapşırıqları fərqlənir.
Qırıcı təyyarə hava hədəflərini məhv etmək üçündür. Onun əsas missiyası havada üstünlüyü təmin etməkdir.
Bombardmançı təyyarə yüksək hündürlükdən yerdəki böyük hədəflərə zərbə endirir.
Hücum təyyarəsi isə aşağı hündürlükdə uçaraq, hücuma keçən qoşunlara havadan dəstək verir.

İkincisi,bu tələblərə müvafiq olaraq, təyyarələrin texniki xüsusiyyətləri də fərqli olur.

Qırıcı təyyarəyüksək sürətə və manevr qabiliyyətinəmalik olmalıdır. Adətən “hava-hava” raketləri və toplarla silahlanır.Tipik nümunələr: “Su-35”, “F-22 Raptor”.

Bombardmançı təyyarənin əsas xüsusiyyətiuzaq uçuş məsafəsinə və böyük yükgötürmə qailiyyətinəmalik olmasıdır. Bu səbəbdən, ölçüləri də daha iri olur. Tipik nümunələr: “Tu-160”, ”B-2 Spirit”.

Hücum təyyarəsindən əsas tələb isəmöhkəm zireh və zenit atəşinə qarşı davamlıolmaqdır. Onlar həmçinin tanklara dəqiq zərbə endirməyi bacarmalıdırlar. Tipik nümunələr: “Su-25”, ”A-10 Thunderbolt II”.

Qırıcı-bombardmançı təyyarələr hibrid variantdır. Onlarhəm hava döyüşləri aparmaq, həm də yerdəki hədəflərə zərbələr endirməküçün nəzərdə tutulublar. Tipik nümunələr: ”Su-34”, ”F/A-18”. 

Hazırda bu təsnifatın arasındakı sərhədlər tədricən silinir və hər üç tipin xüsusiyyətlərini özündə birləşdirən çoxməqsədli təyyarələrdən daha çox istifadə olunur.

Samir Quliyev
AzVision.az
Избранный
31
15
azvision.az

8Источники