RU

“Mançester Siti” ardıcıl üçüncü dəfə “Liverpul”u məğlub edib

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

“Mançester Siti” İngiltərə Kubokunun dörddəbir finalında “Liverpul”u 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz-in məlumatına görə, “şəhərlilər”in bütün yarışlarda mersisaydlıları ardıcıl üçüncü dəfə məğlub ediblər.

Cari İngiltərə Premyer Liqasının 11-ci turunda “Siti” “qırmızılar”i 3:0 hesabı ilə məğlub edib, 25-ci turda isə Pep Qvardiolanın komandası 2:1 hesabı ilə qalib gəlib. İndi isə onlar İngiltərə Kubokundakı qələbə ilə bu seriyanı daha da artırıblar.

Yarımfinal cütlüklərinin püşkatması 5 aprelə planlaşdırılıb. Yarımfinal oyunlarının özü isə 25 və 26 apreldə “Uembli” stadionunda keçiriləcək.

Hazırkı İngiltərə Kubokunun çempionu finalda “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edən “Kristal Palas”dır.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
35
icma.az

10Источники