RU

Futbolçularıma inanıram, yetər ki, hakimlər oynamağa imkan versin

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Futbolçularıma inanıram, yetər ki, hakimlər oynamağa imkan versin"

“Gənclərbirliyi”nin baş məşqçisi Volkan Dəmirel "Göztəpə" ilə matçdan sonra hakimləri sərt tənqid edib.

QOL.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, o, Superliqanın 28-ci turunda “Göztəpə”yə 0:2 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında nəticəyə hakim qərarlarının təsir etdiyini bildirib.

Dəmirel məsuliyyəti üzərinə götürsə də, penalti epizodlarına etiraz edib: 

“Bütün məsuliyyət mənə aiddir. Amma birinci penalti qətiyyən düzgün deyildi. Bunu bəhanə kimi demirəm, sadəcə bu gün hakim qərarları həlledici oldu”.

O, həmçinin komandanın artıq aşağı pillələr uğrunda mübarizə aparacağını deyib: 

“Liqada qalmaq üçün çalışacağıq. Futbolçularıma güvənirəm, yetər ki, hakimlər oynamağa imkan versin. Türk futbolunun inkişaf etməməsində hakimlərin böyük rolu var”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
40
qol.az

10Источники