RU

“Latsio” evdə “Parma” ilə heç-heçə edib

İtaliya çempionatının 31-ci turunda “Latsio” öz meydanında “Parma” ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşün ilk hissəsində Roma təmsilçisi topa daha çox nəzarət edib və rəqib qapısı qarşısında daha təhlükəli epizodlar yaradıb. Buna baxmayaraq, hesabı qonaq komanda açıb. Matçın 15-ci dəqiqəsində Enriko Del Prato fərqlənib.

“Latsio” məğlubiyyətdən 77-ci dəqiqədə xilas olub. Ticani Noslin hesabı bərabərləşdirib, məhsuldar ötürmənin müəllifi isə Kennet Teylor olub.

Bu nəticədən sonra “Latsio” xallarının sayını 44-ə çatdırıb və A Seriyasının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Parma”nın aktivində isə 35 xal var və komanda 12-ci yerdədir.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda paytaxt təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlmişdi.

Избранный
19
13
90deqiqe.az

10Источники