RU

Əraqçi: İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq hüquqa uyğundur

Yaxın Şərqdə və Hörmüz boğazındakı hazırkı vəziyyət ABŞ və İsrailin İrana qarşı qeyri-qanuni müharibəsinin birbaşa nəticəsidir və dünya ictimaiyyəti bu hərəkətlərə görə onları cavab verməyə çağırmalıdır.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi avstriyalı həmkarı Beate Maynl-Rayzinqer ilə telefon danışığında bildirib.

"İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq hüquqa uyğundur. Dost olmayan ölkələr və onların tərəfdaşlarının İrana hücum etmək üçün bu su yolundan sui-istifadə etməsinin qarşısını almağa yönəlib. Dost dövlətlərin gəmiləri bu boğazdan təhlükəsiz keçidi İslam Respublikası ilə əlaqələndirə bilərlər", - Əraqçi vurğulayıb.

Avstriyanın XİN rəhbəri müharibənin qlobal təhlükəsizlik və iqtisadiyyat üçün nəticələrindən narahatlığını ifadə edərək, savaşın dayandırılması üçün diplomatik formatın zəruriliyini vurğulayıb və Avstriyanın bu istiqamətdə vasitəçiliyə hazır olduğunu bildirib.

Əraqçi İsrail və ABŞ-nin məktəblər, xəstəxanalar və universitetlər də daxil olmaqla, İranın kritik əhəmiyyətli mülki infrastrukturuna hücumlarının qeyri-qanuni olduğunu xatırladıb.

"İran ölkənin suverenliyini, milli maraqlarını və ərazi bütövlüyünü qorumaq üçün bütün qüvvə və imkanlarından istifadə etmək əzmindədir", - iranlı nazir əlavə edib.

Maynl-Rayzinqer və Əraqçi həmçinin iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin davam etdirilməsini vurğulayaraq, bəzi konsulluq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
42
50
far.az

10Источники