RU

Fransada inflyasiya göstəricisi açıqlanıb

Bakı. Trend:

Fransada inflyasiya mart ayında nəzərəçarpacaq dərəcədə artaraqillik müqayisədə 1,7 faizə çatıb.

Trend xəbər verir ki, bubarədə Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milliİnstitutu (INSEE) tərəfindən yayımlanan hesabatda bildirilir.

Rəsmi məlumatlara görə, fevral ayında inflyasiya 0,9 faiz təşkiletdiyi halda, martda bu göstərici əhəmiyyətli dərəcədə yüksəlib.INSEE bu artımı əsasən enerji qiymətlərindəki kəskin sıçrayışlaizah edir. Belə ki, enerji qiymətləri illik əsasda 7,3 faiz artıb.Halbuki fevralda bu sahədə 2,9 faizlik azalma qeydə alınmışdı.Xüsusilə neft məhsullarının bahalaşması bu tendensiyada əsas roloynayıb.

Bu artım Yaxın Şərqdə davam edən müharibə fonunda enerjibazarındakı qeyri-sabitliklə əlaqələndirilir və ümumi inflyasiyanınyüksəlməsinə təkan verir.

Aylıq müqayisədə də qiymət artımı müşahidə olunub. Mart ayındaistehlak qiymətləri 0,9 faiz yüksəlib, fevral ayında isə bugöstərici 0,6 faiz olmuşdu. Beləliklə, Fransada inflyasiyanınyenidən sürətlənməsi əsasən enerji sektorundakı dəyişikliklərləbağlıdır və iqtisadi mühitdə yeni təzyiqlərin formalaşdığınıgöstərir.

Избранный
85
az.trend.az

1Источники