RU

Avstraliyada güclü zəlzələ baş verib

Avstraliyada güclü zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Adelaida şəhərindən təxminən 1253 km şimal-qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.

Избранный
20
50
apa.az

10Источники