RU

Bu ölkənin rəhbəri və birinci xanım təyyarəni özləri İDARƏ EDİR - VİDEO

Dünyada nadir rast gəlinən faktlardan biri Tayland kral ailəsi ilə bağlıdır.

Milli.Az-ın məlumatına görə, Maha Vajiralonqkorn və Suthida Vajiralonqkorn hər ikisi pilot lisenziyasına sahib olan və təyyarəni şəxsi olaraq idarə edə bilən yeganə kral cütlüyü kimi tanınır.

Məlumata görə, kral Maha Vajiralonqkorn hərbi karyerası dövründə ciddi aviasiya təlimi keçib. O, yalnız döyüş təyyarələrini deyil, eyni zamanda "Boeing" tipli sərnişin təyyarələrini idarə etmək üçün də rəsmi sertifikat əldə edib.

Kraliça Suthida da aviasiya sahəsində təcrübəsi ilə seçilir. O, kral ailəsinə daxil olmadan əvvəl kommersiya pilotu kimi fəaliyyət göstərib, həmçinin stüardessa kimi çalışıb. Bundan əlavə, tacqoyma mərasimindən öncə hərbi xidmətdə də yer alıb.

Bu maraqlı xüsusiyyət sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər kral cütlüyünün bu bacarıqlarını qeyri-adi və diqqətəlayiq hesab edərək müxtəlif rəylər bölüşüblər.

Hüseyn
Milli.Az

Избранный
22
50
milli.az

10Источники