RU

Həm arıqladır, həm də iltihabı yox edir

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Cənubi Koreyalı alimlər piylənmə zamanı orqanizmdə piylərin sürətlə toplanmasına və iltihaba səbəb olan endotrofin proteininin qarşısını alan təbii birləşmə aşkar ediblər. Ulsan Milli Elm və Texnologiya İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, aktinomiset bakteriyaları tərəfindən istehsal olunan nigerisin maddəsi bu prosesdə həlledici rol oynayır.Piylənmə zamanı piy toxumasında oksigen çatışmazlığı yaranır ki, bu da xroniki iltihaba və toxumaların patoloji dəyişməsinə yol açır. Bu ərəfədə bədəndə endotrofin istehsalı artır və maddələr mübadiləsi pozulur. Nigerisin maddəsi isə birbaşa kollegen molekuluna bağlanaraq xüsusi fermentlərin onu parçalamasına və endotrofinə çevrilməsinə imkan vermir. Beləliklə, zərərli proteinin yaranması elə ilkin mərhələdəcə bloklanır.Siçanlar üzərində aparılan təcrübələr zamanı nigerisin qəbul edən subyektlərdə piy toxumasındakı iltihabın xeyli azaldığı müşahidə olunub. Əsas göstəricilərdən biri kimi acqarına qanda şəkərin səviyyəsi 30 faiz aşağı düşüb və insulinin effektivliyi nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda bu maddənin qaraciyər və böyrək funksiyalarına heç bir mənfi təsiri qeydə alınmayıb.Qeyd edək ki, bu kəşf gələcəkdə piylənmə, diabet və hətta bəzi xərçəng növlərinin müalicəsində yeni qapılar aça bilər.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
18
demokrat.az

10Источники