İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki ABŞ obyektlərinə və Bəhreyndəki "Patriot" sistemlərinə zərbələr endirdiyini bildirib.
Bu barədə "Al-Jazeera" SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
"Raket zərbələrinin 95-ci dalğası zamanı biz Küveytin Bubiyan adasındakı ABŞ obyektlərinə və infrastrukturuna, eləcə də Bəhreyndəki "Patriot" zenit-raket komplekslərinə zərbələr endirdik", - məlumatda vurğulanıb.