"Liverpul" İngiltərə kubokunun 1/4 final mərhələsində "Mançester Siti"yə 0:4 hesabı ilə uduzub.
QOL.az xəbər verir ki. komandanın baş məşqçisi görüşdən sonra ağır məğlubiyyəti şərh edib. O, belə hesabla uduzmağın çox üzücü olduğunu deyib:
“Düşünmürəm ki, məndən nəticə haqqında soruşmağa ehtiyac var. Çünki hesab özü hər şeyi göstərir. Bu, inanılmaz dərəcədə üzücüdür. İngiltərə kubokunun 1/4 finalında “Liverpul”un dəfələrlə qarşılaşdığı və tez-tez qalib gəldiyi komandaya 0:4 hesabı ilə uduzmaq, əlbəttə ki, böyük məyusluqdur. 20 dəqiqə ərzində dörd qol buraxmaq bizim üslubumuza uyğun deyil”.