Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu gün Misli Premyer Liqasında 26-cı tur start götürəcək.
"Unikal" xəbər verir ki, üç günü əhatə edəcək turun ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ”ni sınağa çəkəcək. Saat 15:30-da başlayacaq qarşılaşmanı Vüqar Həsənli idarə edəcək.
Turnir cədvəlinin 10-11-ci pillələrində qərarlaşan komandaların dueli elitada qalmaq baxımından prinsipiallıq daşıyır. Cari mövsüm bu komandalar arasındakı oyunlarda tərəflər hərəyə bir qələbə qazanıblar. İlk dövrədə “Kəpəz” 1:0 hesablı, ikinci dövrədə isə “Qəbələ” 3:1 hesablı qələbə qazanıb.
Günün ikinci görüşündə isə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edəcək. Hazırda turnir cədvəlində altıncı yeri tutan paytaxt klubu yaxın qonşusunu üstələməklə yanaşı, azı bir günlük beşinci yerə yüksəlmək fürsətini əldən verməmək əzmindədir.
Komandalar arasında Sumqayıtda ilk dövrədə baş tutan matçda “Neftçi” qələbə qazanıb - 2:0. İkinci dövrədə paytaxtda keçirilən oyunda isə qalib aşkarlanmayıb - 2:2.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.