RU

İşiba Trampla ünsiyyətin çətinliyindən danışdı: “Onunla yalnız razılaşmaq lazımdır” VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Yaponiyanın keçmiş baş naziri Şigeru İşiba ABŞ prezidenti Donald Trampla münasibətlərin son dərəcə həssas olduğunu bildirib. Onun sözlərinə görə, Trampla söhbət zamanı ona birbaşa etiraz etmək və ya düzəliş verməyə çalışmaq qəzəbə səbəb ola bilər.Bizim.Media xəbər verir ki, İşiba qeyd edib ki, Donald Trampla üç dəfə görüşüb və bu təcrübədən belə nəticəyə gəlib: əgər ona “sən haqlı deyilsən” deyilsə, o, əsəbiləşir, “sən haqlı deyilsən, qoy sənin səhfini düzəldim” kimi yanaşma isə vəziyyəti daha da gərginləşdirir. Keçmiş baş nazirin fikrincə, belə hallarda ən təhlükəsiz yol onunla razılaşaraq danışmaqdır.Yapon siyasətçi bildirib ki, Trampla təmaslarda qarşı tərəf daim ehtiyatlı olmalıdır, çünki o, qəfil qəzəblənərsə, vəziyyət dərhal çətinləşir. İşibanın bu sözləri ABŞ liderinin xarakteri və danışıqlar üslubu ilə bağlı yeni müzakirələrə səbəb olub.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
bizim.media

10Источники