Tbilisi məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovu cərimələyib və Gürcüstan ərazisindən çıxarılması barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.
DİN-in məlumatına görə, Ə.Sadıqov sosial şəbəkələrdə polis əməkdaşını təhqir etdiyi üçün saxlanılıb. Məhkəmə qərar çıxararkən jurnalistin əvvəllər 62 dəfə inzibati qanunvericiliyi pozması faktını da nəzərə alıb. Qərara əsasən, o, cərimələnib və Gürcüstana girişi 3 il müddətinə qadağan edilməklə ölkədən deportasiya olunub.
Xatırladaq ki, Əfqan Sadıqov Azərbaycanda 2024-cü ilin sentyabr ayından axtarışa vermişdi. Lakin 2025-ci ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun Azərbaycana ekstradisiya edilməsinə qadağa qoymuşdu.