RU

İranda uçuşlara qadağanın vaxtı uzadıldı: Hava məkanı nə vaxt açılacaq?

ain.az, Oxu.az saytına istinadən bildirir.

İranın hava məkanı azı aprelin 12-dək bağlı qalacaq.

Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Yaxın Şərq üzrə aviadispetçer dairələrindəki mənbə məlumat verib.

"İran səması uçuşlar üçün təxminən aprelin 12-si, bazar günü ümumdünya vaxtı ilə saat 08:30-a (Bakı vaxtı ilə 12:30 - red.) qədər bağlı olacaq", - deyə həmsöhbət bildirib.

Qadağa çərçivəsində istisna olaraq dövlət, hərbi və sanitar aviasiya uçuşlarına, həmçinin axtarış-xilasetmə məqsədilə və mülki aviasiya idarəetmə orqanının xüsusi icazəsi ilə həyata keçirilən reyslərə icazə verilə bilər.

Xatırladaq ki, İranın hava məkanı fevralın 28-də ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından sonra bağlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
1
oxu.az

2Источники