Xəbərə fotolar əlavə edilib.
***
12:22
Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il F.Paşazadənin bacısını sevirmiş.
Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb.
Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub.
R.Quliyev hadisə yerində həyatını itirib.
***
09:47
Şəmkirdə gənc oğlanı qətlə yetirən şəxs tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.
***
09:42
Şəmkirdə 19 yaşlı qətlə yetirən şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən rayonun Səməd Vurğun qəsəbə sakini 2007 R.Quliyevi Kür qəsəbəsi sakini 2010-cu il təvəllüdlü F.Paşazadə aralarında baş verən mübahisə zamanı bıçaqlayaq öldürüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
***
09:32
Şəmkirdə qətl hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki rayon sakini 2007-ci il təvəllüdlü R.Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.