“Atletiko Madrid”in prezidenti Enrike Serezo komandasına “Barselona”nın hansı oyunçusunu transfer etmək istədiyi ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, “Barca Times” qəzeti Serezonun sözlərini sitat gətirib: “Hansı “Barselona” oyunçusunu transfer etmək istərdim? Çoxlu sayda oyunçu var. Həqiqət budur ki, “Barselona”nın əla oyunçuları var. Necə deyə bilərəm ki, təkcə birini? Hamısını bəyənirəm. Hətta məşqçini də”.