RU

Mahaçqalada subasma səbəbindən üçmərtəbəli ev çöküb

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Mahaçqalada intensiv yağışların səbəb olduğu subasma nəticəsində üçmərtəbəli ev çöküb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, bünövrə şahidlərin gözü qarşısında çökməyə başlayıb, içəridə insanlar ola bilər.

Sosial şəbəkələrdə yayılan kadrlara əsasən, yaşayış evi su ilə dolu uçuruma sürüşüb. Qonşu evlərin sakinlərinin təxliyəsi aparılır.

Dağıstanın paytaxtında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Daha əvvəl xəbər verilib ki, leysan yağışlarının fəsadları səbəbindən Dağıstanın 14 rayonunun 139 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
3
cebheinfo.az

4Источники