RU

Bu halda Ermənistanın Rusiya ilə hava məkanı bağlanacaq

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa Birliyinə qoşulacağı təqdirdə Rusiya ilə hava əlaqəsi qurmayacağı barədə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib. 

 Overçuk qeyd edib ki, Ermənistan vətəndaşları rəsmi İrəvanın Aİ-yə yaxınlaşmaq qərarının mümkün nəticələrindən xəbərdar olmalıdırlar.

"Bəlkə də bu, çox sərt səslənir, amma biz istəyirik ki, Ermənistandakı insanlar başa düşsünlər ki, bu, baş verəcək. Çünki Avropa Birliyinə yaxınlaşmaq üçün qərarlar qəbul edilib", - deyə Rusiya Baş nazirinin müavini bildirib.

Eyni zamanda, Overçukun sözlərinə görə, Aİ üzvlüyünün Ermənistan üçün sonda nə ilə nəticələnəcəyi hələ də məlum deyil.

Gülayə Mecid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
16
unikal.az

10Источники