Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Pilotsuz uçuş aparatlarının (PUA) Azov dənizi akvatoriyasında buğda daşıyan yük gəmisinə hücumu nəticəsində iki nəfər həlak olub.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilib ki, "Volqo-Balt" adlı quru yük gəmisi taxıl daşıyıb. Gəminin heyəti 11 nəfərdən ibarət olub. Hücum nəticəsində bir nəfər hadisə yerində həyatını itirib.
Qeyd olunub ki, ekipaj üzvlərindən doqquzu xilasetmə kapsuluna keçərək təxliyə olunub.
Məlumata görə, kapsuldakı doqquz nəfərdən biri də həlak olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.