RU

Bəzi yerlərdə güclü yağış, dağlıq ərazilərdə qar yağır KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün saat 20:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlədə yağıntılar intensiv və güclüdür, dağlıq ərazilərdə qar yağır.

KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahbuz, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Xaçmaz, Xaltan, Şabran, İmişli, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Yardımlıda arabir yağış, Qusar, Şahdağ, Xınalıq, Daşkəsəndə isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Xızıda 21, Bakıda və Abşeron yarımadasında eyni zamanda Quba(Qrız), Naftalanda 20, Goranboyda 19, Daşkəsən, Şabranda 18, Şəmkir, Tovuz və Gəncədə 16 m/s-dək güclənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
18
konkret.az

10Источники