RU

Cəlilabadda küçəyə Murov qəhrəmanının adı verildi FOTO

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətən müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynlinin adı Cəlilabadın Alar kəndində küçəyə verilib.

"Unikal" xəbər verir ki, artıq şəhidin adını daşıyan küçəyə lövhə də vurulub. Küçənin uzunluğu təxminən 3 kilometrdir.

Qeyd edək ki, Ə. Hüseynli 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. O Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib.

Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.

Vətən müharibəsi zamanı Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərancamına Əsasən “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və "Cəsur döyüşçü" medalalrı ilə təltif edilib.

Xəlil Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
unikal.az

1Источники